
- A-
- A
- A+
Krım körpüsünün bərpasına NƏ QƏDƏR vəsait xərclənəcək?
Ötən ilin sonlarında partladılan Krım körpüsünün bərpasına tələb olunan vəsaitin məbləği açıqlanıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Marat Xusnullin məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
KİV: Krım körpüsündə partlayış baş verib, ölənlər var - VİDEO
O bildirib ki, bir neçə aralığa ziyan vuran partlayışdan sonra Krım körpüsünün bərpası təxminən 1-1,3 milyard rubl təşkil edəcək. Nazir müavini qeyd edib ki, körpüdə baş verən son partlayışdan sonra iki keçidin dağılması nəticəsində sığortaçılar dəymiş ziyanı 200-500 milyon rubl qiymətləndiriblər.
Xusnullinin sözlərinə görə, metal elementləri olan sistemlərin istifadəsi səbəbindən göstərilən xərc məbləği arta bilər.
Xatırladaq ki, oktyabrın 8-i səhər saatlarında Krım körpüsündə partlayış olub. Hadisə nəticəsində 4 nəfər həlak olub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































