Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 12-ci iclasında iştirak etmək üçün Şuşa şəhərinə səfər edən Özbəkistan nümayəndə heyəti Şuşada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olub.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovun da iştirakı ilə keçirilən tanışlıq zamanı Şuşanın tarixi, dağıdılmış abidələrin bərpası istiqamətində həyata keçirilən tədbirlər, şəhərin yenidən qurulması məqsədilə görülən işlər haqqında ətraflı məlumat verilib.
Özbəkistan nümayəndə heyəti qədim Azərbaycan şəhərinin bərpası və abadlaşdırılması işlərinin yüksək qiymətləndirildiyini qeyd edib.
Bizim.Media