Dollar UCUZLAŞIR – Digər valyutaları NƏ GÖZLƏYİR?

Dollar UCUZLAŞIR – Digər valyutaları NƏ GÖZLƏYİR?

Hazırda oxunan: Dollar UCUZLAŞIR – Digər valyutaları NƏ GÖZLƏYİR?

146814

Dollar məzənnəsində ötən ildən bəri ən ciddi azalma qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” nəşrinin araşdırmasında qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Valyutadəyişmə məntəqələri geri QAYIDIR? – AÇIQLAMA 


Bildirilib ki, bu həftə dollar üçün dönüş nöqtəsi olub. 

Analitiklərin fikrincə, önümüzdəki aylarda dollar zəif olaraq qalacaq ki, bu da dünya iqtisadiyyatı üçün ciddi nəticələr doğuracaq.

Bu səbəbdən, inflyasiyanın zəifləməsinin əlamətləri ilə birlikdə Federal Ehtiyatlar Sisteminin (FED) yaxın gələcəkdə faiz dərəcələrini artırmağı dayandıracağı barədə danışılır.  Analitikilərin fikrincə, 2024-cü ildə FED uçot dərəcələrini azaldacaq.

“Bizim dolların çoxillik eniş tendensiyası ilə bağlı proqnozumuz qismən ona əsaslanır ki, sərtləşdirmə tsikli pul siyasətinin yumşalma dövrü ilə əvəzlənəcək və nəticədə digər mərkəzi banklar da faiz dərəcələrini azaldacaq", - deyə “Standard Bank”ın G-10 strategiya rəhbəri Stiven Barroun bildirib.

Dolların uzunmüddətli enişinin potensial təsirini qiymətləndirmək çətindir. Bu, inkişaf etməkdə olan ölkələr üçün idxal qiymətlərini aşağı salacaq və onların inflyasiya yükünü azaltmağa kömək edəcək.

Bu, həmçinin bir neçə aydır ki, eniş trendində olan valyutaların möhkəmlənməsinə səbəb olacaq. Ümumiyyətlə, ABŞ valyutasının zəifləməsi Avropa, Asiya və digər ölkələrin ABŞ-dan ixracının artmasına səbəb olacaq.

Ötən həftə “Bloomberg” dollar indeksinin 2%-lik azalması da ABŞ dolları ilə müəyyən edilən neft və qızıl kimi əmtəələrin qiymətlərinin artmasına kömək edib.

“BNP Paribas Asset Management” fondunun meneceri Peter Vassallonun fikrincə, dolların eniş tendensiyası yaxın aylarda da davam edəcək. “Bloomberg”in analitiki Simon Vayt dolların zəifləyəcəyi qənaətindədir.
Dolların məzənnəsinin bu cür dəyişməsinin bütün dünyada qısamüddətli sərmayələr üçün risklər yaradacağı qeyd olunur. 

“Invesco Asset Management”in analitiki Corcina Teylorun fikrincə, dollar zəifələsə belə, bu valyuta ilə investisiyaların həcmi azalmayacaq:

“Dünya dollardan imtina etməyə hazır deyil. Eyni zamanda inflyasiyanı ram etmək üçün mübarizə metodları hələ bitməyib. Faizlər dəyişsə belə, mən dollardan imtina etməzdim" 

“Goldman Sachs”ın maliyyə analitiki Maykl Kehil hesab edir ki, dolların ucuzlaşması əvvəlki dövrlərdəki kimi güclü olmayacaq. Lakin FED inflyasiya ilə mübarizəni dayandırarsa, eyni zamanda Avropa Mərkəzi Bankı daha uzun müddətə faiz artırmağa məcbur olarsa, dolların dayağı çökə bilər”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO