Azərbaycan Nəcburi Köçkünlərin və Qaçqınların İşləri üzrə Dövlət Komitəsinin mayın 25-də elan etdiyi 259 min 966 manatlıq tenderin nəticələrini və qalibini açıqlayıb.
Bizim.Media xəbər verir ki, “Füzuli və Qəbələ rayonlarında salınmış məcburi köçkün qəsəbələrinin qəsəbədaxili küçələrin, həyətyanı sahələrin, park ərazisinin və ətraf yaşıllıq sahələrinin işıqlandırılmasının təmiri işləri” üzrə satınalma müsabiqəsinin qalibi “Texinvest” MMC (V/ÖEN - 1403260191) elan olunub.
Müsabiqənin şərtlərinə əsasən, şirkət Dövlət Komitəsi üçün adıçəkilən qəsəbələrdə təmir və bərpa işlərini həyata keçirəcək.
Qeyd edək ki, "Texinvest” MMC 16 noyabr 2015-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Hüseyn Seyidzadə, ev 26A, mənzil 47-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Babək Fəxrəddin oğludur. Onun haqqında informasiya resurslarında hər hansı məlumata rast gəlinmir.
Bu şirkətin adı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə bəzi qalmaqallı tenderlərdə hallandırılır. Belə ki, 2021-ci ilin avqust və sentyabr aylarında adıçəkilən qurumun tərəfindən bir neçə tender keçirilib və əksəriyyətində “Texinvest” MMC qalib olub. Belə ki, 10 ay əvvəl, yəni 16 oktyabr 2020-ci il tarixdə qurumun “Avtomobil üçün ehtiyyat hissələrinin satınalınması” üzrə müsabiqə yolu ilə keçirdiyi tenderdə iştirak edir və birlikdə 140 min 515 manat dəyərində satınalma müqaviləsi müqaviləsi imzalayıblar.
Həmin dövrdə mətbuat orqanlarında dərc olunmuş informasiyalara görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Publik Hüquqi Şəxsin Tender Komissiyası iyun ayında satınalma müqaviləsi bağladığı halda, 09.07.2021-ci il tarixdə müqavilələrin bağlanması haqqında bildiriş verməklə kifayətlənib və bununla da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 10.1, 10.2 və 103.3-cü tələblərini kobud şəkildə pozub.
Bildirək ki, “Texinvest” MMC-nin növbəti qalmaqallı tenderi “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə baş tutub. Belə ki, qurum 2021-ci ilin avqust ayının 9-da “Qapı və pəncərələrin satın alınması” üzrə müsabiqəyə yekun vurub və adıçəkilən şirkət qalib elan olunub. Tərəflər arasında maliyyə dəyəri 214 min 382 manat olan satınalma müqaviləsi imzalanıb.
Ancaq araşdırmalar zamanı aydın olub ki, şirkət həm də avtomobil ehtiyat hissələri və sürtkü yağlarının satışı ilə məşğuldur. “Texinvest” 2015-ci ildə yaransa da, satınalma müsabiqələrində yeni oyunçudur.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:00 / 05.07.2023
“Qaçqınkom”un 260 minlik tenderinin qalibi haqda QALMAQALLI İDDİALAR
Hazırda oxunan: “Qaçqınkom”un 260 minlik tenderinin qalibi haqda QALMAQALLI İDDİALAR
Hazırda oxunan: “Qaçqınkom”un 260 minlik tenderinin qalibi haqda QALMAQALLI İDDİALAR
144660
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.