Bu ilin yanvar-may aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 136 milyon 431 min ABŞ dolları olub.
Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,1 dəfə azdır.
Hesabat dövründə Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi ölkənin ümumi ticarət dövriyyəsinin 1,48 %-ni təşkil edib.
Beş ayda Azərbaycandan Ukraynaya 35 milyon 396 min, Ukraynadan Azərbaycana isə 101 milyon 35 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu isə illik müqayisədə müvafiq olaraq 9 dəfə və 8,7 % azdır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
20:00 / 01.07.2023
Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi 3 dəfədən çox AZALIB
Hazırda oxunan: Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi 3 dəfədən çox AZALIB
Hazırda oxunan: Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi 3 dəfədən çox AZALIB
144074
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.