Azərbaycan Türkiyəyə qaz ixracını 22% artırıb

Azərbaycan Türkiyəyə qaz ixracını 22% artırıb

Hazırda oxunan: Azərbaycan Türkiyəyə qaz ixracını 22% artırıb

143654

Azərbaycan Türkiyəyə qaz ixracını təxminən 22% artırıb

Bizim.Media Türkiyənin Enerji Bazarlarını Tənzimləmə Qurumuna istinadən xəbər verir ki, 2023-cü ilin aprel ayında Azərbaycan Türkiyəyə təbii qaz ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,73 faiz - 733,92 milyon kubmetrdən 893,36 milyon kubmetrədək artırıb.

Bu ilin aprel ayında 1,722 milyard kubmetr göstərici ilə Türkiyəyə ən böyük təbii qaz ixracatçısı Rusiya olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,49 faiz azdır.

Üçüncü yeri 866,89 milyon kubmetrlə İran tutur ki, bu da 2022-ci ilin aprel ayı ilə müqayisədə 3,52 faiz çoxdur.

Bu dövr ərzində Türkiyə bütövlükdə 2022-ci ilin aprel ayı ilə müqayisədə qaz idxalını 2,10 faiz - 4,067 milyard kubmetrdən 3,982 milyard kubmetrə azaldıb, bunun 3,284 milyard kubmetri boru kəməri, 698,19 milyon kubmetri isə sıxılmış təbii qaz olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO