SOCAR-ın ötənilki xalis mənfəəti 9 milyard manatı ötüb

SOCAR-ın ötənilki xalis mənfəəti 9 milyard manatı ötüb

Hazırda oxunan: SOCAR-ın ötənilki xalis mənfəəti 9 milyard manatı ötüb

143279

Ötən il SOCAR-ın ümumi dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 53,8% artaraq 119,23 milyard manata yüksəlib.

Bizim.Media qurumun yaydığı məlumata istinadən xəbər verir ki, hesabat dövründə SOCAR-ın gəlirlərinin artmasına müəssisələrin daha səmərəli idarəedilməsi və inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub.

Bu xüsusda, SOCAR gəlir marjasını 11,4%-dən 12,3%-ə, xalis mənfəətini isə 346% artıraraq 2022-ci ili 9,42 milyard manat xalis mənfəətlə başa vurub. Qeyd edək ki, bu, şirkətin konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanmağa başladığı 2008-ci ildən etibarən ən yüksək göstəricidir.
Gəlirin əsas hissəsi xam neft və neft məhsullarının satışından əldə edilib və müvafiq olaraq, 60,6% və 25,9% artıb. Ən böyük artım isə 151% ilə təbii qazın satışında qeydə alınıb.

Qlobal enerji bazarlarında müşahidə edilən kəskin rəqabət mühitinə və neft-kimya sənayesində gəlir marjalarının azalmasına baxmayaraq, Petkim və STAR Neft Emalı Zavodunun (NEZ) inteqrasiyalı fəaliyyəti nəticəsində yaradılan güclü sinerji ilə STAR NEZ-də istehsal potensialından istifadə əmsalı 113%-ə yüksəlib, Petkimin ümumi dövriyyəsi isə 70,3% artıb. Bununla yanaşı, “SOCAR Karbamid” zavodunun ümumi istehsal həcmi və ixrac gəlirləri müvafiq olaraq 51,2% və 75,9% yüksəlib. Emal və neft kimya müəssisələrinin vahid mərkəzdən idarəedilməsi əməliyyat effektivliyinin, nəticədə gəlirlərin yüksəlməsinə təsir göstərib.

Hesabat ilində SOCAR-ın cari aktivləri 39,6% artaraq 33,43 milyard manata, ümumi aktivləri isə 16,5% yüksələrək 80,84 milyard manata çatıb.

SOCAR-ın cəmi kapitalında və nağd pul vəsaitlərinin həcmində də artım tendensiyası müşahidə olunub. Belə ki, SOCAR-ın cəmi kapitalı 46,5% artaraq 33,34 milyard manata, nağd pul vəsaitləri isə 38,6% artaraq 12,49 milyard manata yüksəlib.

Qeyd edək ki, şirkətin 31.12.2022-ci il tarixinə hazırlanmış maliyyə hesabatına nüfuzlu beynəlxalq audit şirkəti olan Ernst & Young Holdings (CIS) B.V. tərəfindən müsbət rəy verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO