Azərbaycan ötən il neft və qazın tranzit haqqından nə qədər gəlir əldə edib?

Azərbaycan ötən il neft və qazın tranzit haqqından nə qədər gəlir əldə edib?

Hazırda oxunan: Azərbaycan ötən il neft və qazın tranzit haqqından nə qədər gəlir əldə edib?

142306

2022-ci ildə neft və təbii qazın Azərbaycan ərazisi ilə nəqlindən əldə edilən gəlirlər (tranzit haqqı) 4,2 milyon ABŞ dolları və yaxud 7,2 milyon manat təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair hesabatda bildirilir.

Sənədə əsasən, bu gəlir maddəsi büdcədə nəzərdə tutulana (21,8 milyon manat) nisbətən 14,6 milyon manat və yaxud 66,9 % az icra olunub, habelə 2021-ci ilə nisbətən (21,4 milyon manat) bu gəlir maddəsinin icrasında 14,2 milyon manat və yaxud 8,3 milyon ABŞ dolları azalma qeydə alınıb.
2022-ci ildə isə proqnozlaşdırılan neft nəqli 30,9 milyon barel olsa da, hesabat ilində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə faktiki olaraq 7,2 milyon barel neft nəql edilib.

Neft və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər üzrə daxil olan məbləğin kəskin azalmasının səbəbi Ukraynadakı vəziyyət və Qara dənizdə daşınmalarla əlaqədar yaranmış məhdudiyyətlər nəticəsində Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) üzrə daşınmaların dayandırılması olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO