Cari ilin may ayında Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə ümumilikdə 480 milyon 899.6 min manat vəsait daxil olub.
Bizim.Media xəbər verir ki, bu göstərici aprel ayında 501 milyon 711.4 min manat təşlik edib.
Bu da onu göstərir ki, bir ay ərzində daxilolmalarda 20 milyon 811,8 min manatlıq və ya 4.14 faiz azalma baş verib.
2022-ci ilin may ayında isə gömrük orqanları vasitəsi ilə dövlət büdcəsinə daxilolmaların ümumi həcmi 422 milyon 353.1 min manat olub. Burdan da aydın olur ki, bir il ərzində bu vəsaitlərdə 58 milyon 546,5 min manat və ya 12.18 faiz artım baş verib.
Qeyd edək ki, cari ildə büdcə daxilolmalarının ən böyük hissəsi və ya 31 faizi ƏDV-lər üzrə olub ki, bunun da ümuni dəyəri 331 milyon 808.8 min manatdır.
Daxilolmaların 73,27 faizi və ya 128 milyon 586.2 min manatı gömrük rüsumları üzrə, 96,41 faizi və ya 17 milyon 243.8 min manatı aksizlər üzrə, 99,32 faizi və ya 3 milyon 260.6 min manatı yol vergisi üzrə gələn gəlirlər təşkil edib.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:41 / 14.06.2023
Gömrük xətti ilə büdcə daxilolmaları 4,14 faiz AZALIB
Hazırda oxunan: Gömrük xətti ilə büdcə daxilolmaları 4,14 faiz AZALIB
Hazırda oxunan: Gömrük xətti ilə büdcə daxilolmaları 4,14 faiz AZALIB
141375
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.