Azərbaycanda dəmir yolu ilə sərnişin daşınması 57 % artıb

Azərbaycanda dəmir yolu ilə sərnişin daşınması 57 % artıb

Hazırda oxunan: Azərbaycanda dəmir yolu ilə sərnişin daşınması 57 % artıb

141332

Bu ilin yanvar-may aylarında Azərbaycanda dəmir yolu ilə 7,6 milyon ton yük, 2,7 milyon sərnişin daşınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib. 

Bildirilib ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 % və 57,2 % çoxdur. 

Hesabat dövründə sutkada orta hesabla 430 vaqon yüklənib, 416 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 21,8 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO