Daha bir bankın daşınmaz əmlakları HƏRRACA ÇIXARILIR 

Daha bir bankın daşınmaz əmlakları HƏRRACA ÇIXARILIR 

Hazırda oxunan: Daha bir bankın daşınmaz əmlakları HƏRRACA ÇIXARILIR 

140153

Bu gün saat 10:00-da “Dəmirbank” ASC-yə məxsus daşınmaz əmlakların açıq hərracda satışı keçiriləcək. 

Bizim.Media xəbər verir ki, əmlaklar 2-ci dəfə təkrar hərraca 100% dəyərində təqdim olunur. 

Hərracda iştirak etmək üçün ərizələrini geri götürmüş şəxslərin ödədiyi beh geri qaytarılır. Bu halda ödənilmiş iştirak haqqı hərracın keçirilməsinə ən geci 3 gün qalmış ərizələrini geri götürən şəxslərə qaytarılır. 

Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 5 gün qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər : 

- Hərracda iştirak etmək istəyən şəxsin və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmiş) ərizə və ərizəyə aşağıdakı sənədlər əlavə edilir; 

- göstərilmiş bank hesabına behin və iştirak haqqının köçürüldüyünü təsdiq edən sənəd; 

- fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti; 

- hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO