Türkiyə lirəsi yenə UCUZLAŞDI 

Türkiyə lirəsi yenə UCUZLAŞDI 

Hazırda oxunan: Türkiyə lirəsi yenə UCUZLAŞDI 

139959

İyunun 6-da Türkiyə lirəsi birjalarda antirekordunu yeniləməklə başlayıb. 

Bizim.Media xəbər verir ki, hazırda 1 dollar 21,67 TL səviyyəsinə qədər yüksəlib. Avronun məzənnəsi isə 23,71 TL səviyyəsinə çatdıqdan sonra bu dəqiqələrdə 23,10 TL kursunu davam etdirir. 

Türkiyə Mərkəzi Bankı dolların bugünkü məzənnəsini alış üzrə 21.1465 TL, satış üzrə 21.1846 TL müəyyən edib. 

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, Türkiyə lirəsi Azərbaycan manatına nəzərən də rekord şəkildə aşağı düşüb. İyunun 6-da açıqlanan məzənnəyə görə, 1 TL 0,0793 manat təşkil edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO