Mərkəzi Bankın Naxçıvan İdarəsinə rəhbər təyini qaydası DƏYİŞİR 

Mərkəzi Bankın Naxçıvan İdarəsinə rəhbər təyini qaydası DƏYİŞİR 

Hazırda oxunan: Mərkəzi Bankın Naxçıvan İdarəsinə rəhbər təyini qaydası DƏYİŞİR 

139726

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərinin təyinatı qaydası dəyişir. 

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Qüvvədə olan qanuna görə, Mərkəzi Bankın İdarə Heyəti Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsinə razılıq verir. 
Layihəyə əsasən, Mərkəzi Bankın İdarə Heyəti Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərini Naxçıvan Muxtar Respublikasında müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsi ilə razılaşdırmaqla vəzifəyə təyin edəcək və vəzifədən azad edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO