Türkiyədə dolların məzənnəsi 21 TL-ni ÖTDÜ

Hazırda oxunan: Türkiyədə dolların məzənnəsi 21 TL-ni ÖTDÜ

139714

Türkiyədə lirə kəskin şəkildə ucuzlaşmaqda davam edir.

Bizim.Media xəbər verir ki, iyunu 5-də birjalarda (Bakıda vaxtı ilə saat 07:50-da) Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib 21,15 səviyyəsinə qədər yüksəlib.

Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 0,8% dəyər itirib. Son bir ayda isə lirə 8% ucuzlaşıb.

Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 20.8447 TL, satış üzrə 20.8822 TL müəyyən edib. Türkiyə lirəsi paralel olaraq Azərbaycan manatı qarşısında da rekord şəkildə eniş edib. 
Azərbaycan Mərkəzi Bankının iyunun 5-də açıqladığı məzənnəyə əsasən 1 TL 0,0805 manata ticarət edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO