Qızıl bazarında TƏŞVİŞ – Qiymətlər kəskin ucuzlaşdı

Qızıl bazarında TƏŞVİŞ – Qiymətlər kəskin ucuzlaşdı

Hazırda oxunan: Qızıl bazarında TƏŞVİŞ – Qiymətlər kəskin ucuzlaşdı

139516

ABŞ-ın Əmək Statistikaları Bürosunun keçən ay 339 min təsərrüfatdan kənar yeni iş yerlərinin açılması barədə açıqlamasından sonra qızıl qiymətləri bu gün 1 unsiya üçün 1950 dollara qədər enib. Bu da “Wall Street Journall”ın may ayı üçün nəzərdə tutduğu 195 minlik yeni iş yeri ilə bağlı təxminlərindən xeyli yüksəkdir.  

Bizim.Media “CnnTürk” agentliyinə istinadən xəbər verir ki, Birləşmiş Ştatlarda dolların məzənnəsinin artması ilə bərabər qızılın qramının satış qiyməti qalxsa da, xaricdə bu səbəbdən gözlənilən performans əldə oluna bilmir. 

Mayın əvvəlində qızılın bir unsiya üçün 2080 dollardan çox rekord həddə çatması böyük həyəcana səbəb olub. Ancaq mayın 31-də qiymətlər iki aylıq minimuma endi və son həftə 1947 dollarla başa çatıb. 

Cari ilin sonuna qədər 100 baza bəndinin yumşaldılması ilə bağlı gözləntilər bazardan tamamilə çıxarıldı. Əgər FED 13-14 iyun iclasında faiz dərəcələrini dəyişməsə, bu yay daha bir faiz artımının ola biləcəyi ilə bağlı gözləntilər var.  

“CME FedWatch Tool” agentliyinə görə, bazar iştirakçıları bu iclasda faiz dərəcələrindəki fasiləni 70 faizlik ehtimalla qiymətləndirirlər. 

Faiz gözləntilərindəki bu dəyişiklik, üç ayın ən yüksək həddində ticarət edilən ABŞ dollarını dəstəklədiyi üçün qızıl üçün çətin bir mühit yaradır. 

Əmək Statistikaları Bürosunun hesabatı onu da göstərdi ki, işsizlik nisbəti keçən ay son 53 ilin ən aşağı səviyyəsinə, yəni  3,7 faizə düşdü. Bu düşmə xəzinədarlıq gəlirlərində və dollarda güclü bir yüksəliş yaratdı və qiymətli külçənin azalmasına səbəb oldu. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO