“Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş DSMF-nin gəlirləri 4,0 mln. manat (0,1%) artırılaraq 6268,0 mln. manat məbləğində müəyyən edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” AR-nın Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının rəyində əks olunub.
Fond tərəfindən Hesablama Palatasına təqdim edilmiş məlumata əsasən 2022-ci ilin sonuna sərbəst vəsaitin həcmi 1047,7 mln. manat olub.
Ötən ilin sonuna xərclənməmiş 1047,7 mln. manat məbləğində vəsaitin 4,0 mln. manatının gəlir kimi qanunvericilikdə nəzərə alınması, əvvəlki illərdə Fonda daxil olmuş və büdcə gəlirlərinin tərkibində yer almış vəsaitin təkrar olaraq cari ildə də gəlir kimi tanınmasına zəmin yaradacaq.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:14 / 03.06.2023
Cari ildə DSMF-nin gəlirləri 6,2 milyard manata çatdırılacaq – FOTO
Hazırda oxunan: Cari ildə DSMF-nin gəlirləri 6,2 milyard manata çatdırılacaq – FOTO
Hazırda oxunan: Cari ildə DSMF-nin gəlirləri 6,2 milyard manata çatdırılacaq – FOTO
139483
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.