Laçının Aqro və Sənaye Parkında 46 müəssisə fəaliyyət göstərəcək - FOTO 

Laçının Aqro və Sənaye Parkında 46 müəssisə fəaliyyət göstərəcək - FOTO 

Hazırda oxunan: Laçının Aqro və Sənaye Parkında 46 müəssisə fəaliyyət göstərəcək - FOTO 

138568

“Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir”. 

Bizim.Media xəbər verir ki, bu barədə trend.az-a Qayıdış Proqramı üzrə baş koordinator Elnur Abdullayev deyib. 

Onun sözlərinə görə, burada əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. 

"Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib. Qeyd edək ki, Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub", - deyə E. Abdullayev qeyd edib. 
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO