Rusiyada spirtli içkilərin satışı MƏHDUDLAŞDIRILIR  

Rusiyada spirtli içkilərin satışı MƏHDUDLAŞDIRILIR  

Hazırda oxunan: Rusiyada spirtli içkilərin satışı MƏHDUDLAŞDIRILIR  

138562

Rusiya Dövlət Dumasında yaşayış binalarında yerləşən iaşə obyektlərində spirtli içkilərin satışına qoyulan məhdudiyyətlər müzakirə olunur.  

Bizim.Media “Kommersant.ru”ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün teleqram kanalında yazıb. 

Spiker yazır ki, ölkə vətəndaşları kafe kimi qeydiyyatdan keçən, ancaq gecələr spirtli içki satışına qoyulan qadağadan yan keçərək gizli içki satışından tez-tez şikayətlənirlər.   

Artıq məlum olub ki, deputatlar bu kimi qurumlarla mübarizə haqında qanun layihəsi hazırlamaq üçün işçi qrup yaratmağı planlaşdırırlar. 

Restoratorlar və Otelçilər Federasiyasının (FRİO) prezidenti İqor Buxarov qanun layihəsinin hazırlanmasında iştirak etmək istəyir. Bu məqsədlə də DD-nın İqtisadi Siyasət Komitəsinə etdiyi müraciətində, dövlətin spirt satışı üçün qanundakı boşluqlardan istifadə edən iaşə obyektləri ilə bağlı narahatlığını başa düşdüklərini diqqətə çatdırıb.  

Bununla belə Volodin bildirib ki, qanun pozucularına qarşı mübarizə nəticəsində vicdanlı bazar iştirakçıları zərər çəkə bilər: 

“Alkoqol satışı üçün lisenziyası olan iaşə obyektlərinin təxminən 38 faizi əsasən sahəsi 20 kvadratmetrdən çox olan binalarda və ona bitişik ərazilərdə yerləşirlər. Bunlara da spirtli içkilərin pərakəndə satışına icazə verilir”.  

Onun sözlərinə görə, Maliyyə Nazirliyi də spirtli içkilərin satışına tam qadağanın əleyhinədir. FRİO-nun vitse-prezidenti Aleksey Nebolsinin sözlərinə görə, restoranlarda spirtli içki satışı gəlirin 50-60 faizini, barlarda isə 90 faizə qədərini təşkil edir. Onun fikrincə, gecə saatlarında spirtli içkilərin satışına qoyulan məhdudiyyətlər bir çox müəssisələrin bağlanmasına səbəb ola bilər.  
Alkoqollu Məhsullar İstehsalçıları İttifaqının prezidenti İqor Kosarev isə, yeni məhdudiyyətlərin qeyri-qanuni alkoqol satışının artmasına səbəb olacağı və korrupsiya riskləri daşıması ilə bağlı narahatlığını ifadə edib. İ.Kosarev belə düşünür ki, bu hal tənzimləyici orqanlar üçün evdə “nalivayka” və ya normal kafenin olub-olmadığını müəyyən etməkdə ciddi çətinliklər yaradacaq. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO