Ticarət mərkəzlərində nağdsız ödənişlərdən niyə imtina edilir? – SƏBƏBLƏR  

Ticarət mərkəzlərində nağdsız ödənişlərdən niyə imtina edilir? – SƏBƏBLƏR  

Hazırda oxunan: Ticarət mərkəzlərində nağdsız ödənişlərdən niyə imtina edilir? – SƏBƏBLƏR  

138080

Yay mövsümü gəldikcə bölgələrimizə üz tutan insanların sayı xeyli artır. Amma bölgələrə istirahət üçün gedənlər çox zaman psixoloji sarsıntılarla üzləşir. Bu gün insanlarda psixoloji sarsıntı yaradan məsələlərdin biri barədə danışacağıq. Bu da nağdsız ödənişin olmaması problemidir.  

Heç kimə sirr deyil ki, bölgələrdə nağdsız ödəniş sistemi bərbad vəziyyətdədir. Baxmayaraq ki, bu problem Bakıda və digər mərkəzi şəhərlərdə də yox deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda nağdsız əməliyyatların məbləği 2 dəfədən çox artıb


Məsələn, müştəri alış-veriş və yaxud nahar edərkən ödənişi nağdsız etmək istəyi bir qayda olaraq qulaqardına vurulur. Bunun üçün də müxtəlif bəhanələr gətirilir. Çox vaxt deyirlər ki, post-terminal işləmir. Müştəri təkid edəndə isə ona kiminsə bank hesabını və yaxud kart nömrəsini verirlər. 

Bu isə birbaşa hüquq pozuntusudur. Üstəlik, bu insanların heysiyyatına toxunmaqdır. Nəticədə, vətəndaş həm diskomfort yaşayır, həm də ƏDV-nin geri alma hüququndan məhrum edilir. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İB-nin sədri Əyyub Hüseynov bunu birbaşa istehlakçıların hüquqlarının pozulması kimi dəyərləndirİB: 

“Eləcə də bu dövlətin qanunlarına qarşı çıxmaqdır. Şübhəsiz ki, burda məqsəd vergidən yayınmaq və gizli gəlir əldə etməkdir. Çox təəssüf ki, Vergi Xidməti buna prinsipial yanaşmır. Bu problem təkcə restoran və kafelərdə deyil, iri ticarət mərkəzlərində də var. Məsələn, Sədərək ticarət mərkəzində uzun illərdir ki, kassa çeki problemə çevrilib. Uzun illərdir ki, biz bunu deyirik. Orada bütün əməliyyatlar nağd aparılır. Çek tələb edəndə də müxtəlif bəhanələr gətirilir”. 

Əyyub Hüseynov onu da qeyd edib ki, istehlakçının ödəniş formasını seçmək hüququ var: 

“İstəsə nəğd, istəsə nəğdsiz ödəniş edə bilər. Baxmayaraq ki, hökümətimiz də uzun illərdir ki, nəğdsiz ödənişi təşviq edir. Çox təəssüf ki, bütün görülən tədbirlərə rəğmən sahibkarlıq subyektləri nəinki qanunu pozur, üstəlik istehlakçıların əsəbləri ilə oynayırlar. Bütün hallarda haqsızlıqla üzləşən istehlakçılara 195 qaynar xəttinə müraciət etmələrini tövsiyə edirəm”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO