Azərbaycanda ödəniş kartlarının sayı ARTIB 

Azərbaycanda ödəniş kartlarının sayı ARTIB 

Hazırda oxunan: Azərbaycanda ödəniş kartlarının sayı ARTIB 

137462

Bank və “Azərpoçt” MMC sistemləri üzrə 2023-cü il aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 219 min ədəd artaraq 14 milyon 465 min ədəd təşkil edib. 

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.5% artıb. 

Qeyd edək ki, ödəniş kartlarında artım debet kartları üzrə 16.1%, kredit kartları üzrə 27.2% təşkil etmişdir.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 105 min, kredit kartları 417 min, digər kartlar isə 1.6 mln. ədəd artmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir.

Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artmışdır. 2023-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3202 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 2535 mln. manatı elektron ticarətin payına düşür.
Qalan məbləğin 663 mln. manatı POS-terminallar, 4 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 51.4%-ni təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO