“Azərbaycan ölkə iqtisadiyyatının və eksportunun diversifikasiyası üzərində işləyir və hesab edirəm ki, burada nəticələr var”.
Bizim.Media xəbər verir ki, bunu mayın 22-də Vilnüsdə Litva-Azərbaycan Biznes Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, son dörd ildə qeyri-neft və qaz sektorundan gələn gəlirin həcmi iki dəfə artıb.
“Hesab edirəm ki, Litva və Azərbaycan arasında investisiya ilə bağlı hüquqi çərçivələrin olduğunu vurğulamaq vacibdir ki, bura investisiyaların qorunması ilə bağlı razılaşma, ikiqat vergitutmanın qarşısının alınması ilə bağlı saziş və s. daxildir.
Azərbaycan üçün prioritet sahələr sənaye, nəqliyyat, enerji keçididir. Azərbaycan ənənəvi olaraq neft və qaz ixrac etsə də biz bərpaolunan enerji üzərində də işləyirik və artıq ixrac edən ölkəyə çevrilirik”, - deyə M.Cabbarov əlavə edib.
Nazir Azərbaycanın strateji coğrafi mövqeyinə də diqqət çəkərək vurğulayıb ki, son 20 ildə nəqliyyat infrastrukturunun inkişafına böyük investisiya qoyulub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:18 / 22.05.2023
Azərbaycan bərpaolunan enerjini ixrac edən ölkəyə çevrilir – RƏSMİ
Hazırda oxunan: Azərbaycan bərpaolunan enerjini ixrac edən ölkəyə çevrilir – RƏSMİ
Hazırda oxunan: Azərbaycan bərpaolunan enerjini ixrac edən ölkəyə çevrilir – RƏSMİ
137342
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.