Qobustan İcra Hakimiyyətindən MÜƏMMALI TENDER – Eyni şirkət yenə QALİB OLDU – FOTO 

Qobustan İcra Hakimiyyətindən MÜƏMMALI TENDER – Eyni şirkət yenə QALİB OLDU – FOTO 

Hazırda oxunan: Qobustan İcra Hakimiyyətindən MÜƏMMALI TENDER – Eyni şirkət yenə QALİB OLDU – FOTO 

137014

Qobustan Rayon İcra Hakimiyyəti Cəmcəmli kəndinə gedən avtomobil yolunun əsaslı təmiri üçün aprelin 6-da elan etdiy tenderin qalibini elan edib.

Bizim.Media xəbər verir ki, tenderin qalibi “Aztimont” Açıq Səhmdar Cəmiyyəti olub və tərəflər arasında ümumi dəyəri 496 min 034 manat olan satınalma müqaviləsi imzalanacaq. 

Müqavilənin şərtlərinə görə, şirkət Cəmcəmli kındinə gedən avtomobil yolunda 3.994 kubmetr sahədə əsasların, döşənək və hamarlayıcı qatların qurulmasını, 79 min 880 kv-metr sahədə üst-üstə sıx iri dənəvər AB və ABV tipli qaynar asfalt-beton qarışığından olan örtüklərin qurulmasını həyata keçirəcək.  

Qeyd edək ki, “Aztimont” ASC 20 iyul 2005-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 432 AZN olan şirkətin hüquqi ünvanı Sabirabad rayonu Qalağayın kəndində yerləşir. ASC-nin qanuni təmsilçisi Veysəlov Nəriman Mikayıl oğludur. 
"Azərtikinti-Quraşdırma-Servis-23” ASC adı altında fəaliyyət göstərən, indiki adı “Aztimont” ASC olan şirkət təkcə 2020-ci ilin may ayında Qobustan RİH ilə yolların əsaslı təmiri üçün maliyyə dəyəri 591 min 925 manat olan müqavilə imzalayıb. 2021-ci ilin oktyabrında yenidən tərəflər arasında 590 min 390,52 manatlıq satınalma müqaviıəsi imzalanıb və növbəti dəfə yolların təmirinə başlanılıb. Həmin ilin iyulun 26-da bu dəfə Şirvan RİH ilə anlaşıb və yolların əsaslı təmiri üçün RİH ilə 593 min 288 min manatlı satınalma müqaviləsi bağlayıb . 

2 noyabr 2021-ci ildə Qobustan RİH yenidən yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tender keçirib və “Aztimont” ASC-ni tenderin qalibi kimi elan edib. Tərəflər arasında maliyyə dəyəri 590 min 390,52 manat olan satınalma müqaviləsi bağlanıb. Həmin dövrdə isə şirkətin dövlətə 15 min 22 manat vergi borcu yaranıb. Halbuki, dövlətə vergi borcu olan şirkət “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə tenderlər iştirak etmək hüququnu itirir.



Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO