Bu ilin yanvar-aprel aylarında magistral neft kəmərləri ilə 12 833,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 10,5% çoxdur.
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, nəqletmənin 76,4 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 9 802,4 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 6,86% çoxdur.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,8%-i və ya 8 315,8 min tonunu Azərbaycanda hasil edilən neft, 15,2%-i və ya 1 486,6 min tonunu (5,62% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:45 / 18.05.2023
BTC kəməri ilə nəql edilən neftin HƏCMİ ARTIB
Hazırda oxunan: BTC kəməri ilə nəql edilən neftin HƏCMİ ARTIB
Hazırda oxunan: BTC kəməri ilə nəql edilən neftin HƏCMİ ARTIB
136585
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.