Gömrük xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi ARTDI – FOTO

Gömrük xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi ARTDI – FOTO

Hazırda oxunan: Gömrük xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi ARTDI – FOTO

136578

2023-cü ilin yanvar-aprel aylarında gömrük orqanlarından dövlət büdcəsinə daxil olmaların ümumi həcmi açıqlanıb. 

Bizim.Media xəbər verir ki, Dövlət Gömrük Komitəsinin açıqladığı aylıq hesabatda, daxilolmaların ümumi dəyərinin 2 milyard 046 milyon 681min manat olduğu göstərilib.  

Ötən ilin eyni dövründə isə bu göstəricinin 1 milyard 641 milyon 440 manat olub. Bu da onu göstərir ki, bir il ərzində dövlət büdcəsinə cəmi 405 milyon 241 min manat vəsait daxil olub ki, bu da cəmi 3,36 faiz artım deməkdir.  

Cari dövrdəki büdcə daxilolmalarının 496 milyon 589 min manatı gömrük rüsumlarından, 1 milyard 470 milyon 764 min manatı ƏDV-dən, 62 milyon 297 min manatı aksizlərdən, 17 milyon 030 manatı isə yol vergisindən əldə edilən gəlirlər təşkil edib. 
Ötən ilin müvafiq dövründə isə büdcəyə gömrük rüsumları üzrə 410 milyon 281 min manat, ƏDV üzrə 1 milyard 174 milyon 523 min manat, aksizlər üzrə 39 milyon 858 min manat, yol vergisi üzrə isə 16 milyon 777 min manat daxil olub. 


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO