Azərbaycanın nağd və nağdsız valyuta bazarı KƏSKİN AZALDI – FOTO  

Azərbaycanın nağd və nağdsız valyuta bazarı KƏSKİN AZALDI – FOTO  

Hazırda oxunan: Azərbaycanın nağd və nağdsız valyuta bazarı KƏSKİN AZALDI – FOTO  

136463

Cari ilin I rübü ərzində nağd və nağdsız valyuta bazarında əməliyyatların həcmi bazarın bütün seqmentləri üzrə azalıb.  

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı “Pul siyasəti icmalı”nda məlumat verilib. 

Bu dövrdə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən rübə nəzərən 8% azalaraq 6.8 mlrd. ABŞ dolları ekvivalentində olub.  

Nağdsız valyuta əməliyyatlarının 80.6%-i ABŞ dollarında, 19.4%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 21.3%-i banklararası valyuta bazarında (BVB), 78.7%-i isə bankdaxili valyuta bazarında (BDVB)  həyata keçirilib. 

Hesabat dövründə BVB-də əməliyyatların həcmi 35% azalaraq 1.4 mlrd. ABŞ dolları ekvivalentində ABŞ dolları, Avro, İngilis funt sterlinqi, Rus rublu ilə əməliyyatlar daxil olmaqla olub. Bu seqmentdə əməliyyatların 98%-i ABŞ dollarında aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyəyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb. 
Hesabat dövründə BVB-də valyuta əməliyyatlarının həcmi 5.3 mlrd. ABŞ dolları ekvivalentində olub ki, bu da ötən ilin müvafiq dövrünə nəzərən 3.4% çoxdur. Əməliyyatların 76%-ni ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil edib. BVB-də valyuta əməliyyatlarının 93.2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. 

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 19.7% azalaraq 971 mln. ABŞ dolları ekvivalentində olub. Bunun 83.1%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.  

Rüb ərzində xarici valyutanın xalis satışı ötən ilin I rübünə nəzərən 6 dəfə azalıb. 


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO