“G7” Rusiyaya qarşı ixrac və enerji sanksiyalarını GENİŞLƏNDİRƏCƏK

“G7” Rusiyaya qarşı ixrac və enerji sanksiyalarını GENİŞLƏNDİRƏCƏK

Hazırda oxunan: “G7” Rusiyaya qarşı ixrac və enerji sanksiyalarını GENİŞLƏNDİRƏCƏK

136059

“G7” ölkələrinin mayın 19-21-də baş tutacaq sammitindən sonra birliyə daxil olan ölkələr Rusiyaya qarşı sanksiyaları genişləndirmək fikrindədirlər.

Bizim.Media "Reuters" agentliyinə istinadən xəbər verir ki, ABŞ dövlət rəhbərliyi bununla bağlı təkliflər paketi hazırlayacaq. 

Paketdə bəzi sahələr istisna olmaqla, müəyyən kateqoriyalar üzrə Rusiyaya bütün ixrac sahələri üzrə qadağaların tətbiqi əks olunacaq. Əgər təklif əsasında məhdudiyyətlər genişləndirilərsə, bu, əsasən ticarət və enerji sektoruna təsir edəcək.
Sanksiyalar üçüncü ölkələr tərəfindən Rusiyanın gələcək enerji istehsalına xələl gətirmək və Rusiya ordusunu dəstəkləyən ticarəti məhdudlaşdırmaq məqsədi daşıyacaq.

Ağ Evə məxsus bəzi mənbələrdən "Reuters" agentliyinə verilən məlumata görə, Vaşinqton tərəfdaşlarını əvvəllər bütün malların Rusiyaya satılmasına icazə verən yanaşmanı dəyişməyə məcbur edib. Müttəfiqlər isə daha geniş tətbiqlə razılaşmırlar, lakin Vaşinqton bu sanksiyanın ən azı Rusiya ordusu üçün ən həssas olan bölgələrə tətbiq edilməsini istəyir.  

Yüksək vəzifəli amerikalı rəsmilərdən biri bildirib ki, bir neçə sahə, xüsusən də, Rusiyanın hərbi-sənaye bazası ilə bağlı prezumpsiyanın ləğvi gözlənilir.

"The Financial Times" agentliyi isə belə məlumat verib ki, G7 və Avropa İttifaqı əvvəllər tədarükün azaldığı ərazilərə Rusiya qaz boru kəməri ilə idxalı qadağan etmək niyyətindədirlər. Brüssel də Rusiya neft kəmərləri ilə bağlı oxşar tədbirlər görə bilər.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO