Nəqliyyatda Baş Polis İdarəsi dəftərxana ləvazimatları üçün 119 min manat xərcləyəcək – FOTO

Nəqliyyatda Baş Polis İdarəsi dəftərxana ləvazimatları üçün 119 min manat xərcləyəcək – FOTO

Hazırda oxunan: Nəqliyyatda Baş Polis İdarəsi dəftərxana ləvazimatları üçün 119 min manat xərcləyəcək – FOTO

135477

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin bu ilin mart ayının 29-da “Dəftərxana və təsərrüfat mallarının satın alınması” ilə bağlı elan etdiyi tenderin nəticələri bu gün açıqlanıb.  

Bizim.Media xəbər verir ki, ümumi məbləği 119.178 manat  olan tenderin qalibi  “A4 Ofis” MMC olub.  

Tenderin şərtlərinə əsasən şirkət Nəqliyyatda Baş Polis İdarəsini dəftərxana və ofis ləvazimatları ilə təmin edəcək. Bunlar əsasən ağardıcı lent (400 ədəd), ağardıcı qələm (400 ədəd), ensiz arxiv qovluğu (300 ədəd), enli arxiv qovluğu (300 ədəd), dəftərxana kitabı (1300 ədəd) və digər ofis ləvazimatlarıdır.  

Qeyd edək ki, 2013-cü ildən A4 Plaza MMC-nin pərakəndə satış nöqtəsi Caspian Plaza iş mərkəzində, korporativ satış ofisi isə H. Zərdabi prospektində yerləşən Azərbaycan korporativ təchizat bazarında fəaliyyət göstərir. “A4 Ofis” MMC  2021-ci ildən bu vaxta qədər bir çox dövlət tenderlərinin qalibi olub və təxminən 2 milyon manatdan çox sifariş qazanıb.  
Cəmiyyət İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyatına alınıb.  




Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO