Pedoqoji Universitetdə 6 lift quraşdırmaq üçün yarım milyonluq TENDER

Pedoqoji Universitetdə 6 lift quraşdırmaq üçün yarım milyonluq TENDER

Hazırda oxunan: Pedoqoji Universitetdə 6 lift quraşdırmaq üçün yarım milyonluq TENDER

135248

Azərbaycan Dövlət Pedoqoji Universiteti “Liftlərin alınması və quraşdırılmasının satınalınması” üzrə cari ilin mart ayını 23-də elan etdiyi tenderin qalibini bu gün elan edib. 

Bizim.Media xəbər verir ki, ümumi dəyəri 479 min 200,36 manat olan tenderin qalibi “Real Lift-Quraşdırma” MMC (VÖEN:1600371601) seçilib. 

Tenderin şərtlərinə şörə, şirkət ADPU-nin binasına 15 mərtəbə üçün nəzərdə tutulan 13 nəfərlik və yükqaldırma qabiliyyəti 1000 kq olan 2 ədəd yük lifti, hər birinin yükqaldırma qabiliyyəti 630 kq olan və  8 nəfərlik  4 ədəd sərnişin lifti quraşdıracaq. Liftlərdən ikisi 9 mərtəbə, ikisi isə 15 mərtəbə üçün nəzərdə tutulub. 
Qeyd edək ki, “Real Lift-Quraşdırma” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyata alınıb. Hüquqi ünvanı kimi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 181 A göstərilsə də, hazırkı ünvanı Bakı şəhəri Nəsimi rayonu Huseyn Seyidzadə 16 A kimi qeyd edilib.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO