Zaman-zaman ekoloqların, alimlərin içməli su problemi ilə bağlı müraciətlərini, mülahizələrini, çıxışlarını eşidirik, oxuyuruq. Oxuduqlarımızdan, eşitdiklərimizdən bizə aydın olur ki, dünyada içməli su böhranı yaşanacaq və alimlərimiz artıq bununla bağlı həyəcan təbili çalırlar. Hətta dünya miqyasında tanınmış öncəgörücülər, münəccimlər belə bu barədə müxtəlif mülahizələr irəli sürüblər.
Bəs görəsən alimlərin içməli
su böhranı ilə bağlı həyəcan təbilinə nə kimi reaksiyalar verilir? Yaranacaq
böhranı önləmək üçün aidiyyati qurumlar nə kimi tədbirlər görürlər?
Moderator.az məsələ ilə
bağlı suallara Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla aydınlıq gətirməyə
çalışıb.
E.Hüseynov bildirib ki, Allahın möcüzəsi hesab edilən suyun indi özünün möcüzəyə ehtiyacı var:
“Dörd il öncə
Marseldə Dünya Su Konqresində iştirak etmişəm. Konqresdə 25 min insan iştirak
edirdi. Həmin konqresdə suyun Allahın möcüzəsi olduğu qərarına gəlindi. Məlum
oldu ki, rəngi, dadı, qoxusu olmayan bütün mayelər soyuqda sıxılır, istidə
genişlənir və bu, Allahın möcüzəsidir. İnsanın da bu möcüzəsiz yaşaması
mümkünsüzdür. Yer üzərindəki insanların cəmi 30 faizi normal içməli su ilə təmin
olunur. Konqresdən sonra düşündüm, insan nə qədər nadan olmalıdır ki,
avtomobilini su ilə yuduzdursun. Ondan sonra avtomobilimi ildə cəmi 1-2 dəfə
yuduzdururam. Azərbaycanda “moyka”x9dların bağlanması üçün iş aparıram. Su təbiətin
möcüzəsidir, Allahı dərk etmək istəyirsənsə, suyun üzünə bax. Dünyanın bir çox
ölkələrində içməli su qıtlığı yaşanır. Məndə şəkillər var ki, insanlar əllərini
göyə açıb yağışın yağması üçün Allaha yalvarırlar”x9d.
Ekspert onu da qeyd edib
ki, problemin qarşısını almaq məqsədilə ölkəmizdə də müəyyən işlər həyata
keçirilir: “Azad İstehlakçılar Birliyinin sədri olaraq mən də Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin yanında ictimai şuranın üzvüyəm. Nazir Hüseynqulu
Bağırov hər dəfə şuranın iclasında Azərbaycanın içməli su hövzələrinin
saxlanılması ilə bağlı ictimai təşkilatlara tapşırıqlar verir. Əlbəttə ki, bəşəriyyəti
içməli su böhranı gözləyir və bu böhran qlobal istiləşmə fonunda ola bilər. Məncə
bu böhran tez bir zamanda olmaz, lakin insanların təbiətə bu qədər müdaxiləsi
insanları tez zamanda bu problemlə üz-üzə qoya bilər”x9d.
Rumiyyə































































































