Köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdıran qərarın qüvvəyə minməsi maşın bazarında qiymətlərə təsir göstərib.
Bizim.Media xəbər verir ki, bununla bağlı ATV kanalında sujet yayımlanıb.
Bildirilib ki, qiymətlərdə ötən aydan dəyişiklik olsa da, həftəsonu qərarın qüvvəyə minməsindən sonra qiymətlərin bir qədər də bahalaşacağı ehtimal olunur.
Ekspertlərin fikrincə, may ayından ikinci əl avtomobil bazarında 3-5 faiz bahalaşma olacaq. Bahalaşmanın dünya bazarındakı yeni avtomobillərə də şamil ediləcəyi gözlənilir. Avropa, Cənubi Koreya, ABŞ və Çindəki avtomobil şirkətləri bunu əvvəlcədən elan ediblər.
Bizim.Media