Prezident İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun icrası ilə bağlı əlavə tədbirlər barədə” 23 dekabr 2000-ci il tarixli fərmana dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, dövlət başçısı İlham Əliyev bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi üçün nəzərdə tutulan sənədləri və yaxud məlumatları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə etmək mümkün olduqda, həmin sənədlər və ya məlumatlar icarəçi, hərracda iştirak etmək istəyən şəxslərdən və sifariçidən tələb edilməyəcək.
Belə sənədləri və ya məlumatları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə etmək mümkün olmadığı hallarda onların təqdim edilməsi icarəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunacaq və ya icarəçi, hərracda iştirak etmək istəyən şəxsl və sifarişçi tərəfindən təmin ediləcək.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:53 / 28.04.2023
Dövlət əmlakının özəlləşdirilməsi qaydası dəyişdi - FƏRMAN
Hazırda oxunan: Dövlət əmlakının özəlləşdirilməsi qaydası dəyişdi - FƏRMAN
Hazırda oxunan: Dövlət əmlakının özəlləşdirilməsi qaydası dəyişdi - FƏRMAN
133292
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.