Karel Hirman: “Azərbaycan və SOCAR neft təchizatı üçün etibarlı və dürüst tərəfdaşlardır”

Karel Hirman: “Azərbaycan və SOCAR neft təchizatı üçün etibarlı və dürüst tərəfdaşlardır”

Hazırda oxunan: Karel Hirman: “Azərbaycan və SOCAR neft təchizatı üçün etibarlı və dürüst tərəfdaşlardır”

132767

Mən neft və qaz mühəndisiyəm, Sovet İttifaqının dağılmasından sonrakı onilliyi xatırlayıram. Mən İttifaqın dağılmasından sonra neft hasilatı üzrə Azərbaycanın yeni neft layihələrini xatırlayıram. İnanıram ki, biz indi qaz bazarı sahəsində ölkələrimizin Azərbaycanla əməkdaşlığının yeni fəslinə start verəcəyik. 

Bizim.Media xəbər verir ki, bu sözləri Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində söyləyib. 

Azərbaycan neftinin uzunmüddətli olduğunu bildirən Karel Hirman qeyd edib:

“Azərbaycan və SOCAR neft təchizatı üçün uzunmüddətli, etibarlı və dürüst tərəfdaşlardır. Hesab edirəm ki, növbəti onillikdə biz yaxşı tərəfdaş olacağıq və birlikdə ölkələrimizin Azərbaycanla əməkdaşlığının yeni erasını yaradacağıq”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO