Qarabağa ayrılan vəsaitin auditi üzrə nəticələr AÇIQLANDI 

Qarabağa ayrılan vəsaitin auditi üzrə nəticələr AÇIQLANDI 

Hazırda oxunan: Qarabağa ayrılan vəsaitin auditi üzrə nəticələr AÇIQLANDI 

132667

Ötən il azad olmuş ərazilərdə dörd uyğunluq auditi aparılıb ki, bunun biri preaudit formasında, başqa sözlə fiziki işlər tamamlanmamışdan əvvəl həyata keçirilib. 

Bizim.Media xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatı təqdim edərkən deyib. 

O qeyd edib ki, iki auditin nəticəsində 1,4 mln. manat vəsait bərpa edilib, bir audit üzrə isə görülən işlər tam və doğru sənədləşdirilmədiyi üçün təxirə salınıb. 

“Preaudit yolların çəkilişi ilə bağlı ayrılan xərcləri əhatə etmişdir. Layihə, smeta, ekspertiza, torpaqayırma, iş həcmi cədvəli və digər sənədlər paralel aparıldığından və bir-biri ilə uzlaşmadığından Hesablama Palatasının Kollegiyası auditin nəticəsi olaraq bu sənədlərin yenidən işlənilməsi ilə bağlı audit obyektinə öz qərarını göndərib”, - deyə o bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO