Sabah Türkiyədə tarixi hadisə YAŞANACAQ - VİDEO 

Sabah Türkiyədə tarixi hadisə YAŞANACAQ - VİDEO 

Hazırda oxunan: Sabah Türkiyədə tarixi hadisə YAŞANACAQ - VİDEO 

131758

Aprelin 20-də Türkiyə üçün tarixi günlərdən biri olacaq. 

Bizim.Media xəbər verir ki, sabah "Sakarya" yatağında qaz alovlandırılacaq. 

Türkiyə mediasının yaydığı məlumata görə, sabah axşam saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qazın istifadəyə verilməsi ilə bağlı mərasimin keçiriləcəyi gözlənilir. 

Artıq Türkiyənin Qara dənizdən hasil etdiyi təbii qaz "Filyos" Təbii Qaz Emalı Müəssisəsində test də edilib. 

Mövzu ilə bağlı danışan iqtisatçı Xalid Kərimli deyib ki, "Sakarya" yatağının ümumi qaz ehtiyatı 710 mlrd. kubmetr təşkil edir. Bu qaz yatağının kəşf edilməsi Türkiyənin enerji müstəqilliyi və təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. 

Xalid Kərimli hesab edir ki, qaz yatağının kəşfi və istifadəyə verilməsi ilə Türkiyənin qaz idxalında da azalma olacaq. Çünki hazırda Türkiyə Azərbaycan da daxil olmaqla bir neçə ölkədən qaz idxal edir.

Ekspertin sözlərinə görə, "Sakarya" yatağında çıxarılan qazdan istifadə Türkiyənin qaz xərclərini xeyli azaldacaq. 
Qeyd edək ki, Qara dəniz qazının abunəçilərə çatdırılmasının bu ilin may ayının birinci həftəsində baş tutacağı gözlənilir. 

Xatırladaq ki, Qara dənizdə qaz yatağı 2020-ci ildə aşkarlanmışdı. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialda: 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO