“Türkiyədən Azərbaycana yeni nəsil silahlarının gətirilməsi planlaşdırılır”.
Bizim.Media xəbər verir ki, bu sözləri ölkə başçısı İlham Əliyev keçirdiyi onlayn mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
“Biz yeni reallıq yaratdıq və hər kəs bununla barışmalıdır” - Prezident
Onun sözlərinə görə müharibədə Türkiyə hərbi sənayesinin keyfiyyətini bütün dünya gördü və bu heç kimə sirr deyil:
“Müharibədən sonra da Türkiyə -Azərbaycan arasında hərbi əməkdaşlıq sahəsində yeni müqavilələr imzalanıb və münasibətlər davam edəcək. Hər il olduğu kimi bu il də hərbi təlimləri birgə təşkil etdik”.
Alçina Amilqızı, Bizim.Media