Azərbaycanda qaz kəmərlərində itkilər ARTIB

Azərbaycanda qaz kəmərlərində itkilər ARTIB

Hazırda oxunan: Azərbaycanda qaz kəmərlərində itkilər ARTIB

131709

Ötən il Azərbaycanda magistral qaz kəmərlərində 50,6 mln. kubmetr itki olub, bu da illik müqayisədə 4,5% çoxdur.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, 2021-ci ildə respublika üzrə qaz kəmərlərində itkilər 48,4 mln. kubmetr təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda magistral qaz kəmərləri ilə 39 240,2 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 11,8% çoxdur.

Ötən il qaz nəqlinin 53%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 20 803,7 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin göstəricisi ilə müqayisədə 18,01%-lik artım).

Xatırladaq ki, qeyd olunan boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO