Artıq Qarabağda kənd təsərrüfatı fəaliyyətinə başlanılıb – Prezidentdən DETALLAR

Artıq Qarabağda kənd təsərrüfatı fəaliyyətinə başlanılıb – Prezidentdən DETALLAR

Hazırda oxunan: Artıq Qarabağda kənd təsərrüfatı fəaliyyətinə başlanılıb – Prezidentdən DETALLAR

13141

“Yaxında Laçında olduq və ilk dəfə idi ki, ordaydım. Gözəl yerlərdir, amma eyni zamanda böyük bərpa işləri gözlənilir. Proses həm də minalardan təmizləmə əməliyyatları ilə bağlıdır. Bəs, infrastruktur bərpasında  Rusiya şirkətlərinin hansıları ilə danışıqlar gedir?”

Bizim.Media xəbər verir ki, bu sualı “RİA Novosti”nin əməkdaşı Prezident İlham Əliyevə ünvanlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Status məsələsi ümumiyyətlə gündəlikdən çıxmalıdır” - PREZİDENT 


Ölkə başçısı cavabında vurğulayıb ki, “minalardan təmizləmədə yolun əvvəlindəyik.

Bu yaxınlarda Türkiyədən müasir texnika da almışıq. Bu texnika işimizi asanlaşdıracaq. Bu yaxınlarda yeni Agentlik təsis etdik. Daha əvvəl ANAMA var idi və bu işi gücləndirmək üçün xüsusi dövlət strukturu yaratmışıq.

Agentliyə 100 milyon manata yaxın vəsait ayırırıq. Maksimum dərəcədə bununla məşğul olacağıq. 

Həmçinin müxtəlif şirkətlərlə danışıqlar aparırıq. Təəssüf ki, minalardan təmizləmə bir ilə başa gələn iş deyil.”

Ölkə başçısı əlavə edib ki, Qarabağda kənd təsərrüfatı fəaliyyətinə başlanılıb. 

“Beynəlxalq əməkdaşlığa hazırıq. Amma iki amil var – keyfiyyət və qiymət. Bu da hansı şirkıətə üstünlük verəcəyimizi aydınlaşdırır. 

Rusiya şirkətləri ilə bağlı bəyanat vermişəm. Rusiya Azərbaycana dost ölkələrdir. Rusiya şirkətləri də cəlb olunacaq. 10 min kv.km ərazidir və mənə elə gəlir ki, Azərbaycanın bütün dostlarına iş çatacaq”, - deyə Prezident suala cavabını yekunlaşdırıb. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO