Azərbaycanın qeyri-neft ixracı ARTIB 

Azərbaycanın qeyri-neft ixracı ARTIB 

Hazırda oxunan: Azərbaycanın qeyri-neft ixracı ARTIB 

130792

2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanın qeyri-neft ixracı 23,2% artaraq 912,2 milyon ABŞ dolları səviyyəsinə çatıb.

Bu barədə Bizim.Media-ya İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.

Qeyd edək ki, Azərbaycanın elektrik enerji istehsalının 16,6%-i ixraca yönəlmişdir.

Belə ki, cari ilin birinci rübü ərzində elektrik enerjisi ixracı 6,1 dəfə və ya 234,7 milyon artararaq 281,1 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin qeyri-neft ixracının strukturunda 6-cı mövqedə qərarlaşan elektrik enerjisinin ticarət gəlirləri 121,6 milyon ABŞ dolları dəyərində olmuşdur. Nəticə etibarı ilə, 2023-cü ilin elektrik enerjisi ixracı 2022-ci ilin yekun ixrac dəyərindən 2,3 dəfə çoxdur. Yalnız mart ayında isə elektrik enerjisi istehsalı 11,7%, ixracı isə 22 dəfə artıb.

Xatırladaq ki, 2023-cü ilin yanvar-mart ayları ərzində yeyinti məhsullarının ixracı 5,7% artaraq 169,9 milyon ABŞ dolları təşkil edib.

Bu göstərici qeyri-neft ixracının 18,6%-ni təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 bənd daha azdır. 2023-cü ilin 3 ayı ərzində aqrar və aqrar-sənaye məhsullarının ixracı 3,4% artaraq 178,9 milyon ABŞ dolları təşkil edib.
Sözügedən artımın əsas hərəkətverici qüvvəsi ötən illərdən fərqli olaraq kənd təsərrüfatına dayanan sənaye istehsalı ilə əlaqədardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə aqrar-sənaye məhsulları ixracı 19,6 milyon ABŞ dolları və ya 56,3% artıb. Adıçəkilən sənayenin istehsalının artımı emal edilən heyvan mənşəli məhsullar və alkoqollu və alkoqolsuz içkilər hesabına baş verib. Bu içkilər ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 dəfə artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO