Ölkəmizdə təsərrüfatların yaylaqlara köçürülməsi üçün qeydiyyat BAŞLADI - FOTO 

Ölkəmizdə təsərrüfatların yaylaqlara köçürülməsi üçün qeydiyyat BAŞLADI - FOTO 

Hazırda oxunan: Ölkəmizdə təsərrüfatların yaylaqlara köçürülməsi üçün qeydiyyat BAŞLADI - FOTO 

130202

Azərbaycanda qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Laçın və Kəlbəcər yaylaqlarına aparmaq istəyən fermerlərin qeydiyyatına start verilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, qeydiyyat prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin alt modulu olan koc.eagro.az portalında həyata keçirilir. Qaydalara əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından olan fermerlər öz təsərrüfatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçürə bilərlər. 

Bu iqtisadi zonalardan olan, 40 və daha artıq arı ailəsinə sahib fermerlərə öz arıçılıq təsərrüfatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçürməyə icazə verilir. Yaylaqlara aparılacaq arı ailələri identifikasiya nömrəli (birkalanmış) və EKTİS-də qeydiyyatda olmalıdır. 

Eyni kateqoriyadan olan, təsərrüfatlarında 200 başdan artıq xırdabuynuzlu heyvan olan fermerlər də təsərrüfatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçürə bilərlər. 

Təsərrüfatlarını yaylaqlara köçürmək istəyən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından olan fermerlər təsərrüfatın yerləşdiyi rayon üzrə Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət etməlidir. 
Fermerlər Laçın və Kəlbəcər yaylaqlarına təsərrüfatların köçürülməsinə dair əlavə məlumatlarla (qrup üzvlərinin və nəqliyyat vasitələrinin sayı, köç ərəfəsində həyata keçirilməli olan zəruri tədbirlər və s.) //bit.ly/3MzoOOu linkinə keçid edib tanış ola bilərlər. 












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO