Azərbaycan neftinin qiyməti 88 dolları ötüb

Azərbaycan neftinin qiyməti 88 dolları ötüb

Hazırda oxunan: Azərbaycan neftinin qiyməti 88 dolları ötüb

129185

Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,36 ABŞ dolları və ya 0,41 % bahalaşaraq, 88,06 dollar təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

2022-ci il ərzində “Azeri Light” (CIF) markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO