Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2023”) Sərgisi öz işinə başlayıb.
Bizim.Media xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sərgiyə dəstək göstərən qurumlar sırasındadır.
Sərginin açılış mərasimində çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, pandemiya dövründə ən çox neqativ təsirlərə məruz qalmış sahələrdən olan turizm sektoru bərpa olunmaqdadır.
Bu yaxınlarda pandemiya ilə bağlı tətbiq olunan bir sıra məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar da sektorun dirçəlişinə müsbət təsir göstərəcək. Üç illik fasilədən sonra keçirilən “AİTF 2023” Sərgisi yerli və xarici şirkətlərə öz xidmətlərini təqdim etməyə imkan verir.
Orxan Məmmədov KOBİA-nın turizm sektorunda fəaliyyət göstərən biznes subyektlərinə göstərdiyi dəstək və xidmətlər, o cümlədən Agentliyin tərəfdaş qurumlarla birgə həyata keçirdiyi kənd qonaq evləri layihəsi barədə də məlumat verib. Əhatə dairəsi genişləndiriləcək layihənin yerli sakinləri sahibkarlıq fəaliyyətinə təşviq etdiyi və gəlirlərinin artmasına müsbət təsir göstərdiyi vurğulanıb.
Qeyd: Yerli və xarici şirkətlərin turizm xidmətlərinin təqdim olunduğu sərgi aprelin 6-dək davam edəcək. Sərgi çərçivəsində ikitərəfli görüşlər, fotosərgi, səyahət blogerləri ilə bağlı tədbir, “Turizm sahəsinin mütəxəssisi ol” mövzusunda panel müzakirə də keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
06:29 / 05.04.2023
Azərbaycanda Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçirilir
Hazırda oxunan: Azərbaycanda Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçirilir
Hazırda oxunan: Azərbaycanda Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçirilir
128966
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.