“Naxçıvan Azərbaycandan Türkiyəyə və Avropaya təmiz enerjinin nəqli üçün qovşağa çevriləcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-ABŞ Yaşıl Enerji Forumunda deyib.
"Biz artıq bu bölgədə müvafiq layihələrin icrasına başlamışıq", - deyə o, əlavə edib.
E.Soltanov qeyd edib ki, Azərbaycan yaşıl enerji sahəsində beynəlxalq əməkdaşlıq üçün böyük potensiala malikdir.
"Biz bazarın bütün iştirakçıları ilə əməkdaşlıqda maraqlıyıq. Artıq ölkəyə xarici investisiyalar cəlb etməkdəyik. Bildiyiniz kimi, bp ilə birgə Qarabağda günəş elektrik stansiyası inşa etməyi planlaşdırırıq. Xatırladım ki, son səkkiz ay ərzində bir sıra elektrik stansiyalarının inşası üzrə razılaşmalar əldə etmişik və bu elekrik stansiyaları 2030-cu ilədək 25 qiqavat elektrik enerjisi hasil edəcək. Ölkəmizin yaşıl enerji hasilatındakı ümumi potensialı 200 qiqavat təşkil edir", - o deyib.
Bakı Biznes Mərkəzində keçirilən Azərbaycan-ABŞ "Yaşıl enerji" forumunda Azərbaycanda səfərdə olan ABŞ ticarət nazirinin köməkçisi Arun Venkataraman, ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hugo Guevara, ABŞ-Azərbaycan Ticarət Palatasının prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu, Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanov və başqaları iştirak edirlər.
Tədbirdə Azərbaycan ilə ABŞ-ın enerji sahəsində əməkdaşlıq əlaqələri, "yaşıl enerji"nin istehsalı istiqamətində təcrübə mübadiləsi, enerji ixracı, sərmayə yatırımı və digər məsələlər müzakirə olunur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:21 / 03.04.2023
Naxçıvan enerji nəqlində yeni qovşağa çevriləcək – RƏSMİ
Hazırda oxunan: Naxçıvan enerji nəqlində yeni qovşağa çevriləcək – RƏSMİ
Hazırda oxunan: Naxçıvan enerji nəqlində yeni qovşağa çevriləcək – RƏSMİ
128620
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.