Türkiyə Qara dənizdə qaz tədarükünə bu tarixdə başlayacaq

Türkiyə Qara dənizdə qaz tədarükünə bu tarixdə başlayacaq

Hazırda oxunan: Türkiyə Qara dənizdə qaz tədarükünə bu tarixdə başlayacaq

126315

Türkiyənin energetika naziri Fatih Dönməz Qara dənizin Sakarya yatağında olan qazın tədarükünün aprelin sonunadək başlayacağını açıqlayıb. O, tədarükün gecikməsini fevral ayında ölkədə baş verən zəlzələlərlə əlaqələndirib.

Bizim.Media xəbər verir ki, nazir bu barədə TRT telekanalının efirində bildirib.

“Biz plana əməl etdik, lakin zəlzələlərə görə müəyyən gecikmələr oldu. Aprelin sonuna qədər istehlakçılara qazın verilməsinə başlamağı planlaşdırırıq. Vətəndaşlarımıza verdiyimiz sözə əməl edəcəyik”, - deyə F.Dönməz qeyd edib.

Türkiyə hökuməti daha əvvəl Sakarya yatağından qazın tədarükünün mart ayından başlayacağını bildirmişdi.

Qeyd edək ki, Türkiyə rəsmilərinin məlumatına görə, Qara dənizdəki qaz yataqlarının ehtiyatları təxminən 540 milyard kubmetr təşkil edir. Onlardan ən böyük ehtiyatlar 400 milyard kubmetrdən çox olan Sakarya yatağıdır. İlkin mərhələdə ondan 10 milyon kubmetrə yaxın hasilat nəzərdə tutulub. 2027-2028-ci illərdə qaz hasilatının gündəlik həcmi 40 milyon kubmetr olacaq.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO