SOCAR neft emalı zavodu ilə bağlı yeni müqavilə imzaladı...

SOCAR neft emalı zavodu ilə bağlı yeni müqavilə imzaladı...

Hazırda oxunan: SOCAR neft emalı zavodu ilə bağlı yeni müqavilə imzaladı...

125674
“Zavodda “Avro-5”x9d standartlarına cavab verən daha keyfiyyətli neft məhsuları istehsal olunacaq”x9d.

Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Zavod ilə “SOCAR-KBR”x9d Birgə Müəssisəsi arasında Layihənin İdarəedilməsi üzrə Podratçı (PMC) müqaviləsinin imzalanma mərasimi keçirilib.xa0

Moderator.az-ın məlumatına görə, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “KBR”x9d şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti Jan Egil Braendeland, hər iki şirkətin rəhbər nümayəndələri iştirak ediblər.xa0

SOCAR-ın prezidenti R.Abdullayev, zavodda mövcud texnoloji qurğuların modernləşdirilməsi və bəzi yeni qurğuların inşasının nəzərdə tutulduğunu və bunun da nəticəsində zavodda “Avro-5”x9d standartlarına cavab verən daha keyfiyyətli neft məhsuları istehsal olunacağını bildirib.xa0

R.Abdullayev qeyd edib ki, mərhələli olaraq 2019-2020-ci illərə qədər davam etdiriləcək yenidənqurma layihələrinin mürəkkəbliyi nəzərə alınaraq, podratçılara nəzarət və idarəetmədə böyük təcrübəyə malik “SOCAR-KBR”x9d Birgə Müəssisəsi Layihənin İdarə Edilməsi üzrə podratçı (PMC) qismində işlərə cəlb edilib.xa0

Öz növbəsində, “KBR”x9d şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti, “SOCAR-KBR”x9d Birgə Müəssisəsinin İdarə Heyətinin üzvü Jan Egil Braendeland bildirib ki, SOCAR-KBR”x9d Birgə Müəssisəsinin layihənin bütün mərhələlərinin icrasına nəzarət edəcək və həmin mərhələlərə cəlb olunan podratçıların idarə edilməsində SOCAR-a dəstək verəcək.

Müqaviləni Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılov və “SOCAR-KBR”x9d Birgə Müəssisəsinin İdarə Heyətinin üzvü Jan Egil Braendeland imzalayıb.xa0

Qeyd edək ki, baş ofisi ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən “KBR”x9d şirkəti mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarından biridir.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO