Azərbaycanda orta aylıq əməkhaqqı 12 % ARTDI

Azərbaycanda orta aylıq əməkhaqqı 12 % ARTDI

Hazırda oxunan: Azərbaycanda orta aylıq əməkhaqqı 12 % ARTDI

125459

Bu ilin yanvar ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 11,8 % artaraq 856,2 manat olub. 

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. 

Bu il fevralın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33 min nəfər və yaxud 2 % artaraq 1 712,1 min nəfər olub. Onlardan 901,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 811,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 
Muzdla işləyənlərin 19,5 %-i təhsil, 18,8 %-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,7 %-i sənaye, 8,3 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 %-i tikinti, 6,5 %-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 %-i peşə, elmi və texniki fəaliyyət, 2 %-i maliyyə və sığorta fəaliyyəti, 14,1 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO