ABŞ-ın Texas ştatında şaxtalı havaya görə dünya yeni qlobal neft krizisi ilə qarşılaşa bilər.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, "Trafigura Group"un neft ticarəti üzrə rəhbərlərindən biri Ben Lakok qeyd edib ki, dünya Texas ştatında pis hava şəraiti səbəbindən qlobal neft bazarını itirəcək.
MÖVZU İLƏ BAĞLI:
Neftin bir bareli 100 dollar olacaq - PROQNOZ
Bundan öncə treyderlər neft istehsalının bir neçə günlük azalacağını gözləyirdilər, lakin son hesablamalara görə, prosesin həftənin sonuna kimi davam edəcəyi ehtimal olunur.
Bazarın bərpası isə bir neçə həftə çəkə bilər.
Bizim.Media