Tarif Şurası əlli dərmanın qiymətini TƏSDİQLƏDİ – Otuz iki dərman isə… 

Tarif Şurası əlli dərmanın qiymətini TƏSDİQLƏDİ – Otuz iki dərman isə… 

Hazırda oxunan: Tarif Şurası əlli dərmanın qiymətini TƏSDİQLƏDİ – Otuz iki dərman isə… 

123067

Tarif Şurası 50 dərmanın qiymətini təsdiqləyib, 32-nin qiymətində dəyişiklik edib.

Bu barədə Bizim.Media-ya Şuradan məlumat verilib.

Məlumata görə, Tarif (qiymət) Şurasının 28 fevral 2023-cü il tarixində növbəti iclası keçirilib və müvafiq qərar qəbul edilib.

İclasda yeni dövlət qeydiyyatına alınan 50 dərman vasitəsinin qiyməti təsdiq edilmiş və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 32 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər olunub.

Bildirilib ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib.
Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO