Azərbaycanın Rumıniya ilə enerji, sənaye və digər sahələrində əməkdaşlığı MÜZAKİRƏ EDİLDİ - FOTO 

Azərbaycanın Rumıniya ilə enerji, sənaye və digər sahələrində əməkdaşlığı MÜZAKİRƏ EDİLDİ - FOTO 

Hazırda oxunan: Azərbaycanın Rumıniya ilə enerji, sənaye və digər sahələrində əməkdaşlığı MÜZAKİRƏ EDİLDİ - FOTO 

122861

Azərbaycan və Rumıniya arasında enerji, nəqliyyat-tranzit, sənaye və s. sahələrdə əməkdaşlığın inkişafı imkanları böyükdür. 

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun Bakıda səfərdə olan Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolaku ilə keçirilən görüşdə qeyd olunub. 

Görüşdə Rumıniya ilə münasibətlərin uğurla inkişaf etdiyi, əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüş və tədbirlərin əhəmiyyəti vurğulanıb.

Qeyd edilib ki, iqtisadi tərəfdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələri genişlənir. Belə ki, 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb. 

Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolaku ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, son zamanlar əlaqələrin daha da intensivləşdiyini qeyd edib, birgə iqtisadi layihələrin həyata keçirilməsinin perspektivləri barədə fikirlərini bölüşüb. 

Tərəflər ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi, enerji əməkdaşlığının və iqtisadi münasibətlərin inkişaf istiqamətləri barədə müzakirə aparıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO