Ölkədə 2022-ci ildə 72 min 977 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatında bildirilib.
Məlumatda qeyd olunur ki, bu, 2021-ci illə müqayisədə 19 min 202 və ya 35,7 faiz çoxdur.
Qeyd edək ki, ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir.
Bizim.Media