Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qaliblərinə təcrübə KEÇƏCƏK

Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qaliblərinə təcrübə KEÇƏCƏK

Hazırda oxunan: Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qaliblərinə təcrübə KEÇƏCƏK

122092

İqtisadiyyat naziri Mikayıl Cabbarov mentorluq proqramı çərçivəsində ikinci "Yüksəliş" müsabiqəsinin qalibləri Nərgiz Balakişiyeva və Nihad Mənsimzadəyə təcrübə keçəcək.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, iqtisadiyyat naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb.

Görüşdə M.Cabbarov müsabiqədə qazandıqları uğur münasibətilə qalibləri təbrik edib, müsabiqənin onların gələcək inkişafında önəmini vurğulayıb. Nazir qaliblərin maraq dairəsi barədə fikirlərini dinləyib, mentorluq proqramı çərçivəsində görüləcək işləri qeyd edib.

Müsabiqə qalibləri iqtisadiyyatın müasir idarəçilik metodlarına, innovativ texnologiyalara maraq göstərdiklərini bildirib, bu sahədə bilik və bacarıqların əldə edilməsində mentorluq proqramının onlar üçün faydalı olacağını vurğulayıblar.
İqtisadiyyat naziri qaliblərə idarəçilik sahəsində bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO